1. Avara, sərsəri, heç bir işlə məşğul olmayan.
2. Mənasız, boş.
Xəbər aldım təbrizlidən,
Məni hərcayı çağladı,
Viran bağlar xəzəl oldu,
Didələrim qan ağladı.
(“Abbas və Gülgəz”)
*
Camalının şövqi mat eylər ayı,
Yoxdur tək sonamın göllərdə tayı.
Əhdə düz gözəldi, deyil hərcayı,
Ana, mən Şirindən dönə bilmərəm.
(“Fərhad və Şirin”)
*
Qafil könül, bir məclisə varanda
Ver qadağa acı dilə, danışma.
Hərcayı söyləmə, hərcayı demə,
Laf eyləyib, gülə-gülə danışma.
(“Seydi və Pəri”)